"Sabah" mövsümlərarası fasilədə ilk transferini də həyata keçirib.
Klubun rəsmi saytı xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimovu transfer edib. 27 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, son klubu "Sumqayıt" olan Tellur Mütəllimov karyerası ərzində “Qəbələ” və “Zirə” komandalarında da çıxış edib.